Pandemiya dövründə avtomobil qiymətlərində kifayət qədər ucuzlaşma var-Ekspert
Pandemiya Avropa avtomobil bazarlarının böyük çöküşünə səbəb olub. Yeni avtomobillərin istehsalı azalıb. Maliyyə problemləri səbəbilə isə insanlar demək olar ki istifadə edilmiş avtomobillərdən imtina və satışı dayandırıblar.
Maraqlıdır, Avropadan ölkəyə gətirilən avtomobillərin idxalının azalmasına nəzərə alsaq, bu sahədə qiymətlərdə artım mümkündürmü? Yəni Azərbaycanın avtomobil bazarında qiymətlər barədə proqnozları dəyərləndirsək, pandemiya dövründə avtomobillərin qiymətləri artacağını, ya əksinə azalacağını deyə bilərik?
Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı danışıb:
"Hazırda avtomobil bazarında durğunluq müşahidə olunur. Bazarlarda fəaliyyət məhduddur, ancaq internet üzərindən müəyyən satışlar həyata keçirilir. İki- üç ay bundan əvvəl 15 min manata satılan avtomobil bu gün 11 minə təklif olunur. Sövdələşmə zamanı biz onu daha da ucuz ala bilərik. Buna baxmayaraq qeyd etdiyim avtomobillər üçün bircə dəfə də zəng edilməyib. Satışda azalma müşahidə olunur. Maşın alveri edən şəxslər öz işindədir. Bəzi işbazlar insanlara koronavirus dövrünə görə psixoloji təsir edib avtomobilləri ucuz qiymətə alıb, həmin maşınları baha qiymətə bazara çıxarmağa çalışırlar. Avtomobili real satanlar alverçilərin toruna düşür. Alverçilər olmasa, ortada maşını real alan və satan olsa, avtomobil bazarı bu hala düşməz".
Nəqliyyat eksperti xaricdən gələn yeni avtomobilərin qiymətində də eyni tendensiyanın müşahidə edildiyini deyib. Yəni ölkəyə yeni və fərqli marka avtomobillərin idxal olunmasında heç bir problemin müşahidə edilmədiyi, lakin avtomobillərin qiymətlərində də ucuzlaşma getdiyini bildirib:
"Bir çox avtosalonlarda yeni avtomobilərlə bağlı müşahidələr aparmışam. Söhbət "sıfır kolometraj" yeni avtomobillərdən gedir. Pandemiya dövründə elə avtomobillərdə 5 min manatdan 12 min manatadək endirimin olduğunu müşahidə etmişəm. İlin əvvəlində həmin avtomobillərin qiyməti 87 min manata idi, indi isə 72 min manata təklif olunur. 15 min manata qədər fərq var. Böyük avtosalonlar və dillerlər işlərini qurublar. Yəni xaricdən ölkəmizə avtomobil idxalı hazırda yenə də var . Həmin avtmobillər qiymətdə ucuz təklif olunur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət