Slimfit
  1. CƏMİYYƏT

Pandemiya dövrü ilə əlaqədar 3 nəhəng mağazada qiymət artımı ilə bağlı fikirlərimi sizlərlə bölüşürəm

Pandemiya dövrü ilə əlaqədar 3 nəhəng mağazada qiymət artımı ilə bağlı fikirlərimi sizlərlə bölüşürəm
Sakura

Pandemiya dövrü ilə əlaqədar 3 nəhəng mağazada qiymət artımı ilə bağlı fikirlərimi sizlərlə bölüşürəm

Bəli rastlaşmışam. Bilirsiz, 6 ildən çoxdur ki, 3 ən tanınmış internet mağazanı izləyirəm, hər üçündən də qeydiyyatdan keçmişəm. Bunlar Ebay, Amazon və Aliexpress-dir. 

Amazon-dan dəfələrlə çalışmışam sifariş edim, Azərbaycana çatdırılma olmadığı üçün o mağazanın sadəcə izləyicisi olmuşam. Ola bilsin ki, mümkündür, sadəcə mənim seçdiyim məhsulların bizim ölkəyə çatdırılması olmayıb. 

Ebay-da isə məni qane etməyən qiymətlərin baha olması və hər hansı məhsulun satıcısı ilə real vaxt rejimində ünsiyyət qura bilməmək olub. Burda da Çindən olan satıcılar var, ancaq qiymətlər bahadır, ödənişli və ödənişsiz çatdırılma təklif olunur.

Növbəti Aliexpress-dir. Bəli, bu internet mağaza məni qane edir. Qiymətlər münasibdir, ebay-a nisbətən burada ebay-da olan eyni Çin məhsulunun qiyməti ucuzdur, satıcı ilə real vaxt rejimində ünsiyyət qurmaq mümkündür və hətta satıcı ilə ünsiyyətdə aldığım məhsulun dəfələrlə qiymətini endirməyə də nail olmuşam.

Hər 3 internet mağazada ödənişsiz və ödənişli çatdırılma xidmətləri təklif olunur. Ancaq bir söz deyim, ödənişsiz heçnə yoxdur. Sifariş etdiyimiz məhsulun qiymətinə onun qablaşdırma və poçt xidmətinin qiyməti də əlavə edilir. Bu əlavə də cüzi olduğu üçün yenə də almaq sərf edir. Təbiidir ki, satıcı alıcının yerinə bu ödənişləri edəsi deyil. Sadəcə alıcını cəlb etmək üçün ödənişsiz çatdırılma seçimi təklif olunur.

Burada ödənişli xidmətlərin qiyməti, poçt xidmətinin qoyduğu xidmətdən asılıdır və onu da qeyd edim ki, bu poçt xidmətləri sürətli poçt xidmətləridir. Ən azı 10, ən çoxu isə 20 günə məhsulu qeyd olunan ünvana çatdırırlar. Bu cür bahalı poçt xidmətlərinin məhsul qablaşdırması da etibarlı olur və məhsulun bütövlüyünə, yolda olarkən zədələnməsinə cavabdehdirlər. Ona görə də bunlarda çatdırılma xidməti qiyməti hətta olur ki, məhsulun öz qiymətindən baha olur.

Cari ilin mart ayının 22-si sifariş etmişəm. Seçimim isə ödənişsiz çatdırılma xidməti oldu təbii ki. Lakin, təəssüflər olsun ki, hələ də sifarişim gəlib çatmayıb. Bu da məlum məsələdir, uçuşlar dayandırılıb, sərhədlər bağlanıb. Bir neçə gün öncə sifariş etdiyim mağazada monitorinq keçirdim və gördüm ki, artıq mənim sifariş etdiyim məhsulun ödənişsiz çatdırılma seçimi ləğv olub, ancaq ödənişli seçim təklif olunur. Çatdırılma xidmətini hal-hazırda demək olar ki, sürətli poçt xidmətləri həyata keçirir və təbii ki, başqa seçim olmadığı üçün qiymətləri qaldırıblar.

 

Natiq Nazimoğlu

mühəndis - iqtisadçı

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR