“Dünyada 826 milyon məktəblinin onlayn təhsil ala bilməsi üçün kompüteri yoxdur”.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı YUNESKO məlumat yayıb.
Təşkilat milyonlarla şagirdin ev şəraitində təhsil ala bilmədiyini açıqlayıb. Qeyd olunub ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq müxtəlif ölkələrdə şagirdlər distant təhsil almaq məcburiyyətindədir, müəllimlər videolink vasitəsilə dərslər verirlər. Ancaq texnologiya çatışmazlığı səbəbindən uşaqların böyük hissəsi təhsil hüququndan məhrum olur.
Bildirilib ki, 100-dən çox ölkə şagirdləri distant təhsilə köçürüb, buna görə də dünyada bütün məktəblilərin təxminən yarısı onlayn dərslər vasitəsilə təhsil alır.
Bununla belə xəstəliyin yüksək həddə çatdığı ölkələrdə dərslərə start verilib. Məsələn, Çində, Rumıniyada universitetlər açılıb, İslandiyada ibtidai siniflər üçün dərs qadağası aradan qaldırılıb (bir sinifdə 20 şagirddən çox olmamaq şərti ilə).
Aytən Məftun
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət