“Panasonic” öyrədici "ağıllı” fənərini təqdim edib
"Panasonic" şirkəti uşaqlara dünyanı kəşf etməyə kömək edən "PA!GO" adlı "ağıllı" öyrədici oyuncağı təqdim edib. Oyuncaq iki düymədən ibarət fənərə oxşayır. Balaca uşaq "PA!GO" oyuncağını onu maraqlandıran əşyaya tərəf yönəldərək birinci klavişə sıxdıqda qurğu şəkil çəkəcək, obyekti tanıyacaq və daxili dinamik vasitəsilə qısa təsvir səsləndirəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, məktəb yaşına çatmamış uşaq daha çox məlumat əldə etmək istəyərkən ikinci düyməyə sıxmalıdır və o zaman "PA!GO" oyuncağı "Google Knowledge Graph" bilik bazasına qoşularaq daha çox informasiya təqdim edəcək. Bu haqda "Panasonic"in mətbuat xidmətindən məlumat verilib.
"Ağıllı" fənər "Chromecast" funksiyasının köməyi ilə uşağın gün ərzində qarşısına çıxan bütün bitki, heyvan, həşərat və başqa obyektləri böyük ekranda göstərə bilər.
"Yaradıcılar ümid edirlər ki, uşaqlar onların konsepti sayəsində smartfon və başqa qurğulardan ayrıla biləcək, açıq havada daha çox vaxt keçirəcək, dünya haqqında yeni məlumatlar öyrənəcəklər" – şirkətdən bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət