Slimfit
  1. AZƏRBAYCAN

Pambıq sahədə qalıb, yığan yoxdur

Pambıq sahədə qalıb, yığan yoxdur
Sakura

Beyləqan rayonunda pambıq sahələrdə, yerdə qalaraq çürüyür və zay olur

Beyləqan rayonunda pambıq sahələrdə, yerdə qalaraq çürüyür və zay olur. 

Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat və fotoları iqtisadçı Qubad İbadoğlu paylaşıb.

O, bildirib ki, alış qiymətinin aşağı olmasına görə, yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın 1 kiloqramının alış qiyməti 15 qəpikdir. 

İqtisadçının yaydığı digər foto isə Salyan rayonunda olan pambıq tarlasındandır. Təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmamasına səbəbindən tarla bu günədək yaşıl rəngdədir: “Yeri gəlmişkən onu da qeyd edim ki, Salyan icra hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub. 

Bir məlumatı da qeyd edim ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki, maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR