Slimfit
  1. MARAQLI

Paltaryuyan maşın niyə bağlı qala bilməz?

Paltaryuyan maşın niyə bağlı qala bilməz?
Sakura

Boş olanda belə qapısını bağlamamaq daha yaxşıdır.

Elə vasvası insanlar var ki, süfrənin əyri, qeyri-bərabər salınmasına dözmür və ya mütənasib düzülməyən stullar onları əsəbiləşdirir. Avtomobilin qapısını açıq buraxmaq, ümumiyyətlə, fantastika sahəsindəki bir şeydir. Ancaq indi söhbət açacağımız məsələ əslində, hər hansı bir evdar qadının maraqlarına uyğundur - maşının qapısını yalnız yuma müddətinə bağlamaq.

Məişət texnikası xidmətinin mütəxəssisləri izah edirlər: "Bu, maşınları təmir etməyə gələndə izah edəcəyimiz ilk şeydir". - Qapının sadəcə açıq qalması lazımdır. Bir neçə saat və ya gün ərzində sıx bağlanarsa, müxtəlif problemlər yarana bilər. "

Məsələn, içərisindəki bakteriyalar çoxalmağa başlayır və kif yaranır. Axı, maşını içəridən quru silə bilməzsən. Nəmin buxarlanması üçün heç bir yer yoxdur, buna görə bakteriya və göbələklər üçün yaxşı mühit yaranmış olur.

“Zamanla əsl problemə çevrilən bakteriya və kirlərin çoxluqları yaranır. Tez-tez qapıdakı sıxlaşdırıcıları dəyişdirməli olursunuz. Ancaq bunun qarşısını sadəcə qapısını bir qədər aralı saxlamaqla almaq olar ”deyə ekspertlər fikirlərini davam etdirirlər.

Sıxlaşdıtıcılarla əlaqəli problemlərlə yanaşı xoşagəlməz bir qoxu da yaranır. Əgər təmiz maşında nəm paltarları rahatlıqla 8-12 saat qoymaq mümkündürsə, bakteriya koloniyalarının yarandığı yerdə 3-5 saatdan sonra paltarlar kiflənəcək. Bu statistikanı tam ciddiyətlə "Whirlpool Institute of Fabric Science" tədqiqatçıları aparıb.

"8-12 saat ərzində paltarda kifin və arzu edilməyən qoxuların meydana gəlməsi ehtimalı azdır" onlar öz hesabatlarında qeyd edirlər. Əgər paltarlar maşında daha uzun müddət qalırsa, yenidən yuyulmalıdır.

 

Mənbə: www.wday.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR