Slimfit
  1. CƏMİYYƏT

Paltarqurutma qadağası: cərimə tətbiq edilə bilərmi?

Paltarqurutma qadağası: cərimə tətbiq edilə bilərmi?
Sakura

Paltarqurutma qadağası: cərimə tətbiq edilə bilərmi?

Şəhərin estetik görünüşünün pozulmaması üçün prospektlərdə yaşayan sakinlərə eyvanlardan paltar asmaq qadağan edilsə də, bəzi vətəndaşlar buna məhəl qoymur. Şəhərin bəzi küçələrində eyvanlardan ənənəvi formada paltar asıldığının şahidi oluruq.

Bəs görəsən, eyvan qadağasına əməl etməyənləri hansı cəza tədbirləri gözləyir?

Məsələ ilə bağlı Axar.az-a danışan Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sözügedən halların aradan qaldırılması üçün müntəzəm olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır:

“Paytaxtın mərkəzi küçə və yollarında şəhərin ümumi görünüşünə xələl gətirən paltarqurutma ənənəsi ilə bağlı asılan zivələrin yığışdırılması və sökülməsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin ərazi polis orqanlarının hər bir bölmə, şöbə, idarə, eləcə də ictimai təhlükəsizlik şöbələrinin əməkdaşları tərəfindən yerlərdə mənzil sahibi olan vətəndaşlarla fərdi-profilaktik söhbətlər aparılır. Söhbətlər zamanı vətəndaşlara paytaxtın ümumi görünüşünə xələl gətirən halların aradan qalırılmasını təmin etmələri ilə bağlı xəbərdarlıq edilsə də, bütövlükdə hər hansı inzibati cəza tədbirləri nəzərdə tutulmayıb. Belə halların aradan qaldırılması mütəmadi olaraq ərazi polis orqanlarında olan ictimai təhlükəsizlik əməkdaşlarının diqqətində saxladığı məsələlər sırasındadır. Bu istiqamətdə yalnız profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir”.

E.Hacıyev şəhər sakinləri tərəfindən küçələrin zibillənməsi, eləcə də yaranan antisanitar vəziyyətlə bağlı da inzibati cəza tədbirlərinin nəzərdə tutulmadığını söyləyib:

“Bütövlükdə küçə ticarəti, antisanitariya, piyada yollarında avtomobillərin qadağan olunmamış yerlərdə saxlanılması kimi şəhərin görüntüsünü korlayan və narahatlıq yaradan hər bir məsələ tərəfimizdən diqqətdə saxlanılır. Belə halların aradan qaldırılması istiqamətində biz yalnız maarifləndirmə və profilaktik tədbirlərə müraciət edirik.

Şəhərin mərkəzi küçə və prostpektlərində bu hallar nisbətən azalsa da, bəzi ərazilərdə neqativ hallar müşahidə olunmaqdadır. Çalışırıq ki, bu problemlər tam şəkildə öz həllini tapsın.

Bəyan edirik ki, şəhər təsərrüfatına, paytaxtın ümumi görünüşünə xələl gətirən hallarla bağlı hər bir vətəndaş, paytaxt sakini, eləcə də paytaxtımıza gələn qonaqlar fəal olmalı, polisin bu tədbirlərinə dəstək verməlidirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR