Yapon startapı “Mira Robotics” yuyulduqdan sonra paltarları asa bilən “Ugo” robotun icarəsi xidmətini…
Yapon startapı “Mira Robotics” yuyulduqdan sonra paltarları asa bilən “Ugo” robotun icarəsi xidmətini təqdim edib.
Robot paltaryuyan maşından yuyulmuş geyimi çıxartmaq və onu asmaq imkanına malikdir. Lakin Tokioda xidmətin nümayişi zamanı robot çox yavaş hərəkət edib. O, paltar üçün səbətdən dəsmalı götürüb asmağa bir dəqiqədən çox vaxt sərf edib.
Robot avtonom deyil və onun hərəkətlərini insan idarə edir.
robo-hunter.com saytının məlumatına görə, bu kimi xidmətlər evinə köməkçi götürmək istəməyənlərin rahatlığını təmin edir. Öyrədilmiş operator bir neçə robotu idarə edərsə aylıq təmizlik xərcləri 80%-ə qədər azalacaq.
İstehsalçılar bu ilin avqust ayında robotu sınaqdan keçirməyi və 2020-ci ilin may ayında xidməti istifadəyə verməyi planlaşdırırlar.
Mənbə: İct.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət