Slimfit
  1. AZƏRBAYCANLI

Pakistanın azərbaycanlı baş naziri

Pakistanın azərbaycanlı baş naziri
Sakura

Pakistanın azərbaycanlı baş naziri – Məşhur ailə

Müzəffər Əli xan Qızılbaş 1908-ci ildə Pakistanın Pəncab əyalətinin Lahor şəhərində anadan olub. Onun soykökü qüdrətli Azərbaycan hökmdarı Nadir Şah Əfşar tərəfindən buraya gətirilmiş Səfəvi tərəfdarı qızılbaş tayfalarındandır. Atası Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından olub.

Kult.az xəbər verir ki, britaniyalı tarixçi L.H.Qriff “Pəncab liderləri. Pəncab hökumətinin nəzarətindəki ərazilərdə yaşayan nüfuzlu ailələrin tarixi və tərcümeyi-halı ilə bağlı qeydlər” kitabında bu ailənin Nadir şahla birlikdə Əfqanıstana gəlməsindən bəhs edib.

Nadir şah 1738-ci ildə Hindistanı fəthə başlayanda Əfqanıstandan keçir və bölgədə özü ilə Azərbaycandan gətirdiyi 12 min türk ailəsini yerləşdirir.

Bundan təxminən 100 il sonra - 1839-cu ildə Rusiya və Britaniya arasında gərginlik yaşanır və Əfqan cəbhəsində hərbi münaqişə başlayır. 1842-ci ildə Kabil üsyanı nəticəsində Britaniya məğlub olur. Qızılbaş bəylərinin bir qismi Pakistan ərazisindəki Lahor şəhərinə gedir. Həmin ailələrdən biri də Müzəffər Əli xan Qızılbaşın babası idi.

Hələ gənc yaşlarından Pakistanda sayılıb-seçilən, müəyyən mövqe tutan insanlardan olan Müzəffər Əli xan siyasi fəaliyyətinə Birlik Partiyasında başlayıb. Daha sonra Müsəlman Liqasına və Respublikaçı Partiyasına qoşulub.

O, İbrahim İsmayıl Çendriqarın baş nazirliyi dövründə, 1957-ci il 18 oktyabrdan 1957-ci il dekabrın 16-a qədər Qərbi Pakistanın Sənaye naziri vəzifəsində çalışıb. 1957-ci il dekabrın 16-dan 1958-ci il martın 18-dək isə yeni Baş nazir Sir Feroz xanın kabinetində sənaye, ticarət və parlament məsələləri üzrə nazir vəzifəsini icra edib.

Əli xan Qızılbaş 1958-ci ildə Qərbi Pakistanın baş naziri vəzifəsinə gətirilib. Vəzifədə olduğu dövrlərdə bir sıra mühüm işlər görür ki, bunlar da onun növbəti dəfə yüksək postda təmsil olunmasına zəmin yaradır. Əli xan 1969-cu ildə Pakistanın maliyyə naziri vəzifəsinə təyin olunur. O, bu vəzifəni 2 il - 1971-ci ilə qədər icra edir.

Təəssüf ki, Müzəffər Əli xanın nə vaxt vəfat etməsi və harada dəfn edilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Lakin mənsub olduqları Qızılbaş ailəsinin hələ də Pakistanda sayılıb-seçilən ailələrdən olduğu bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR