Dərc edildi: Baxış sayı: 445
Pakistanda da yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı
Pakistanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bunu Pakistanın Sind əyalətinin səhiyyə və sosial inkişaf nazirinin mətbuat katibi Merana Yusuf deyib.
Onun sözlərinə görə, yoluxma halı İrandan ölkəyə qayıdan 22 yaşlı Pakistan vətəndaşında qeydə alınıb.
M.Yusuf qeyd edib ki, yeni növ koronavirusa yoluxan şəxs və onun ailə üzvləri karantinə yerləşdirilib: "Hazırda onun birgə təyyarədə olan bütün şəxslərdən analiz götürülür".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət