Dərc edildi: Baxış sayı: 624
Ozzi Osborn Trampa mahnılarını qadağan etdi
Britaniyalı rok-müğənni Ozzi Osborn ABŞ prezidenti Donald Trampa siyasi kampaniyası zamanı onun mahnılarından istifadə olunmasını qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı İnstaqram səhifəsində yazıb. Ozzi belə bir bəyanatı Trampın Tvitter hesabında prezident seçkiləri kampaniyasında namizədlərin debatı zamanı “Crazy Train” mahnısından istifadə etməsindən sonra verib.
O bildirib ki, Tramp musiqidən icazəsiz istifadə edib. Osborn Trampa musiqiçi dostlarının – Kanye Uest, Kid Rok və Ted Nyucentunun repertuarından istifadə etməyi məsləhət görüb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət