Slimfit
  1. PSİXOLOGİYA

Özünü sevən insanların 7 əlaməti

Özünü sevən insanların 7 əlaməti
Sakura

Arzularlnıza və özünüzə qarşı dürüst olun

Özünü sevmək qabiliyyəti uşaqlığın dərinliyindən gəlir. Əgər bu dövrdə uşaq valideynlərindən birinin sevgisini əskik alırsa, bu iz buraxır və gələcəkdə özünə olan münasibətə çox təsir edir. Özünü sevmək əhəmiyyətlidir və lazımdır, həyat yalnız bir dəfə insana verilir. Onu özü üçün deyil,  başqa insanların maraqları üçün yaşamaq çox kədərli olar.

1.  “Yox” sözünü deməyi bacarır 

Əgər sizi istəmədiyiniz hərəkətlərə məcbur edirlərsə. Məsələn, valideynləriniz əlverişli nikah xatirinə sizin varlı insana ərə getməyinizi istəyirsə, yaxud  tərəf müqabiliniz filmlərə yalnız inglis dilində baxmaginizi xahiş edir, siz isə bunu istəmirsiniz. Bu cür nümunələri çox getirmək olar, ancaq mahiyyət deyişmir. Arzularlnıza və özünüzə qarşı dürüst olun.

2 .Lazımsız insanlardan necə qurtulmağı bilir.

  Məşhur pisixoloq Labkovskinin dediyi kimi:"Bir insanın sizinlə kobud davranışını xoşlamırsınızsa ona dərhal bunu deyin."Yaxşı yol"! Bu fikir təqdir olunmalıdır, belə qayda vərdişə çevrilməlidir.

3.Bəyənmədiyi  işdə işləməmək

 İnsan həyatın böyük hissəsini iş yerində keçirir. Vicdanla özünüzə sual verin:"Mən işimi sevirəmmi? Əgər yox,  növbəti sual yaranır. "Necə, öz həyatıma bu qədərmi tüpürürəm "?

4. Nə yeyib içdiyinə fikir verir

Özünüzü sevirsinizsə, bədəninizi də  sevəcəksiniz. Özünü əzizləmək lazımdır,amma amma həddini bilmək lazımdır.

5.Fiziki sağlamlığını qoruyur

Xüsusilə işlərin çoxu oturaq xarakter daşıdıqda. Hətta əgər siz köklüyə meylli deyilsinizsə, həftdədə 3 dəfə fiziki fəaliyyətlə məşğul olmağınız tövsiyə olunur. Kök  insan hər şeydən əvvəl tənbəl və özünü sevməyən insandır.

6. Xarici görünüşünə diqqət edir

  Əgər bu kişidirsə, "hop"imicini dəstəkləməyəcək. Əgər qadındırsa, makiyaj və manikur onun həyatının ayrılmaz bir hissəsi olacaqdır.

7.Başqalarının fikrindən asılı deyil.

Hər hansı qərarı  qəbul etməzdən əvvəl, fikirləşəcəksiniz ki, kənardan, başqa insanların razılığı  və dəstəyi sizə nə qədər lazımdır? Əgər bu çox olacaqsa, onda açıq-aydın bir şeyi dəyişdirmək lazimdır.

Mənbə: zen.yandex.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR