Dərc edildi: Baxış sayı: 736
Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır
Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.
Ens.az xəbər verirki,bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir”.
Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət