Slimfit
  1. MARAQLI

Özü idarə olunan klassik Mustang maşını

Özü idarə olunan klassik Mustang maşını
Sakura

Özü idarə olunan klassik Mustang maşını

Britaniyanın Kranfild Universitetinin ailmləri Siemens şirkətinin mühəndisləri ilə birlikdə klassik 1965-ci ilə aid Ford Mustang maşınına sürücüsüz texnologiya yerləşdiriblər. Bu yaxınlarda onları maşını Goodwood Sürət Festivalında sınaqdan keçirib.

Bu gördüyünüz 1965-ci ilin klassik Ford Mustang maşını özü idarə edilir. Elə bu səbədən də yolda tam düz getmir.

Dr. Ceyms Brayton tədbir məqsədli sükanın arxasında əyləşib.

Siemens şirkətinin mühəndisləri ilə birlikdə Brayton və onun komandası köhnə Mustang maşınını avtonom idarə texnologiyası ilə təmin edib.

“Bizdə bir neçə müxtəlif sensor var. Biz təkcə GPS-dən istifadə edə bilmərik, çünki yolda çox sayda ağaclar var və onlar siqnalların qarşısını alır. Ona görə də biz bir neçə sensoru birləşdirib, onların avtonom sistemə verdiyi göstərişləri anladacaq alqoritm hazırlayırıq”- deyə, Kranfild Universitetin dosenti Dr. Ceyms Brayton bildirir.

Brayton həmçinin qeyd edir ki, maşın 50 ildən çox istifadə edildiyi üçün, bir çox problemi olub. Bu da mühəndislər üçün çətinliklər yaradıb.

“Alqoritmlər üzərində çox işləməli olduq ki, maşının performansını məqbul səviyyəyə çatdıra bilək”, Dr. Brayton söyləyir.

Siemens bildirir ki, bu layihə avtonom sistemləri köhnə maşınlara yerləşdirməyin mümkün olduğunu göstərir.

“Bizim bu texnologiya ilə məşğul olmağımızın səbəbi sistemi klassik maşınlara yerləşdirmək deyil, biz sadəcə avtonom idarəni zavodlara təqdim etmək istəyirik. Məsələn bu sistem karxana kimi müxtəlif böyük sənaye sektorlarında istifadə oluna bilər. Orada avtonom maşınlar istehsal etmək, ya da köhnə maşınlara bu avtonom sistemi daxil etmək imkanı yaranar”, Siemens şirkətinin Birləşmiş Krallıq və İrlandiya ofisinin baş icraçı direktoru Huergen Mayer deyir.

Amma Brayton deyir ki, Mustang-ı sürmək tamamilə başqa bir hissdir.

“Məncə klassik avtomobilin bütün zövgü sükanın arxasına keçib, onu sürməkdədir”, o söyləyir.

O deyir ki, bu səbəbdən də sistem elə hazırlanıb ki, maşın həm insan tərəfindən həm də avtonom şəkildə idarə oluna bilsin.

İngiltərədə keçirilən 25-ci Goodwood Sürət Festivalında Mustang məşhur “təpəyə qalxma” yolunda sürülüb.

Sükana edilən bir neçə müdaxilə istisna olmaqla, o, 2 kilometrlik yolu qəzasız başa vurub.

Mənbə: Amerikanın Səsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR