Dərc edildi: Baxış sayı: 544
Almaniya milli komandasının türk əsilli futbolçusu Məsud Özil millidəki karyerasını başa vura bilər
Almaniya milli komandasının türk əsilli futbolçusu Məsud Özil millidəki karyerasını başa vura bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “Skay Sports” çıxış edib.
Nəşrin müxbiri Mark Behrenbek Özilin milli komandanı tərk edəcəyini yazıb. Onun sözlərinə görə, performansı zəif olduğu üçün kəskin tənqid olunan Özilin, artıq milli komandada gələcəyi barədə düşünməyə ehtiyac yoxdur.
Xatırladaq ki, Özil İngiltərədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirdiyi üçün sərt tənqid olunmuşdu. Almaniya millisinin mundialı elə qrup mərhələsində dayandırmasından sonra isə tənqidlər daha kəskin xarakter almışdı.
Mənbə:axar.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət