Slimfit
  1. AZƏRBAYCAN

Özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün nəzərdə tutulan rüsumlar təsdiqlənib

Özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün nəzərdə tutulan rüsumlar təsdiqlənib
Sakura

Özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün nəzərdə tutulan rüsumlar təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Report” xəbər verir ki, bu dəyişiklik özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün rüsumları nəzərdə tutur.

Qanuna əlavə edilən edilən 32-1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
32-1.1. məktəbəqədər təhsil müəssisələri 2000 manat
32-1.2. ümumi təhsil müəssisələri 5000 manat
32-1.3. məktəbdənkənar təhsil müəssisələri 5000 manat
32-1.4. peşə təhsili müəssisələri 10000 manat
32-1.5. orta ixtisas təhsili müəssisələri 12000 manat
32-1.6. ali təhsil müəssisələri 20000 manat
32-1.7. əlavə təhsil müəssisələri 12000 manat
32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr 12000 manat
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR