Slimfit
  1. İQTİSADİYYAT

Özbəkistanın vergi sistemi və “Cybernet” şirkəti vergi inzibatçılığında müasir İKT-nin tətbiqi üzrə əməkdaşlığı gücləndirir

Özbəkistanın vergi sistemi və “Cybernet” şirkəti vergi inzibatçılığında müasir İKT-nin tətbiqi üzrə əməkdaşlığı gücləndirir
Sakura

Özbəkistanın vergi sistemi və “Cybernet” şirkəti vergi inzibatçılığında müasir İKT-nin tətbiqi üzrə…

Azərbaycanın qabaqcıl İT həllər təminatçısı olan “Cybernet” şirkəti Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsi nəzdində Yeni Texnologiyalar üzrə Elmi-Məlumat Mərkəzi ilə əməkdaşlığa və qarşılıqlı anlaşmaya dair memorandum imzalayıb.

Memorandumu Özbəkistan tərəfindən Mərkəzin direktoru Xayotjon Nasrulloyev, qarşı tərəfdən isə “Cybernet” şirkətinin biznesin inkişafı üzrə direktoru Fuad Əhmədov imzalayıblar. İmzalanma mərasimi 28 yanvar 2019-cu il tarixində Özbəkistanın Daşkənd şəhərində baş tutub. Qeyd edək ki, Mərkəzin başlıca vəzifələri Özbəkistanın vergi sisteminin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması, tətbiqi və dəstəklənməsindən ibarətdir.

Sözügedən anlaşma sənədi tərəflər arasında indiyədək mövcud olan əməkdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi və birgə fəaliyyətin daha mütəşəkkil qaydada təşkilini dəstəkləmək məqsədini güdür. Tərəflərin səmərəli işgüzar əlaqələrinin məntiqi davamı olan memorandumda “Cybernet” və Mərkəz arasında texnoloji sahədə işbirliyinin gələcək istiqamətləri müəyyən olunaraq təsvir edilir. Sənədə əsasən, tərəflər İT-konsaltinq, informasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və informasiya texnologiyalarının idarə olunması sisteminin təkmilləşdirilməsi, e-qaimə sisteminin effektiv formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə proqram məhsullarının hazırlanması, sövdələşmələrin və maliyyə sənədlərinin imzalanması və təsdiqlənməsi məqsədilə gücləndirilmiş mobil elektron imzanın tətbiqi, “Tax Free” və “E-Invoice” sistemlərinin, eləcə də ƏDV üzrə vahid depozit hesabının yaradılması, həmçinin dövlət xidmətlərinin göstərilməsinin effektiv təşkili məqsədilə mobil texnologiya və həllərin tətbiqi sahəsində əməkdaşlıq edəcək.

Memorandumun imzalanması mərasimindən sonra “Cybernet” şirkətinin nümayəndələri ilə Özbəkistanın Dövlət Vergi Komitəsinin sədr müavini Xotambek Şakirovla görüş keçirilib.

 

Qeyd edək ki, Özbəkistan vergi orqanları “Cybernet” şirkətinin həll və xidmətlərinə böyük maraq göstərir. Daha öncə şirkət nümayəndələri – baş direktor İlham Namazov və biznesin inkişafı üzrə direktor Fuad Əhmədov bu ölkəyə səfər edərək Özbəkistanın Dövlət Vergi Komitəsinin sədrinin birinci müavini Alimjan Fayzibayevlə görüşmüş, şirkətin Azərbaycanda və digər ölkələrdə vergi və digər sahələrdə həyata keçirdiyi uğurlu layihələrlə bağlı təqdimatlar etmiş və dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində “Cybernet” şirkətinin zəngin təcrübəsi ilə paylaşmışlar. “Cybernet” şirkətinin Azərbaycan vergi sistemi üçün həyata keçirdiyi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) layihəsi xüsusilə maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Onu da vurğulamaq lazımdır ki, “Cybernet” şirkətinin informasiya texnologiyaları sahəsindəki təcrübə və potensialı buna qədər Özbəkistanın digər dövlət qurumlarının da diqqətini cəlb edə bilib. Belə ki, indiyədək “Cybernet” şirkəti ilə analoji memorandumlar Özbəkistanın Dövlət Torpaq, Geodeziya, Kartoqrafiya, Xəritəçəkmə və Kadastr Komitəsi və dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqrator – UZİNFOKOM arasında da imzalanmışdır və sözügedən təşkilatlarla innovativ texnoloji həllərin tətbiqi istiqamətində əməkdaşlıq edilir.

“Cybernet” MMC haqqında:

2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl həll təminatçılarından biridir. Şirkət dövlət qurumları və özəl müəssisələr üçün IT infrastrukturların yaradılması, texnoloji həll və yeniliklərin tətbiqi, istənilən mürəkkəblik səviyyəsinə malik proqram təminatının yazılması istiqamətlərində fəaliyyət göstərir. Cybernet şirkəti Azərbaycanda dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin yaradılmasında böyük rol oynamışdır. Şirkət 2007-ci ildə “İntellekt” mükafatı, 2010-cu ildə yubiley medalı ilə təltif olunmuş, 2013-cü ildə “İlin İT şirkəti” seçilmişdir.

Mənbə: Trend

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR