Slimfit
  1. DÜNYA

Özbəkistanda yaxın qohumlar arasında nikah qadağan oluna bilər

Özbəkistanda yaxın qohumlar arasında nikah qadağan oluna bilər
Sakura

Özbəkistanda yaxın qohumlar arasında nikah qadağan oluna bilər

Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.

Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.

Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.

Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR