Slimfit
  1. DÜNYA

Özbəkistanda seçkilər başa çatdı

Özbəkistanda seçkilər başa çatdı
Sakura

Özbəkistanda seçkilər başa çatdı

Özbəkistan parlamentinin qanunvericilik palatasına deputatların seçkiləri üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da ölkə ərazisində bağlanıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat verib.

“Daşkənd vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün 10 971 seçki məntəqəsi bağlanıb” - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Bundan əvvəl bildirilib ki, bu parlament seçkiləri zamanı ümumilikdə 11 028 yerli seçki məntəqəsi, o cümlədən respublikanın xaricdəki diplomatik nümayəndəliklərində 57 məntəqə açılıb.

Saat 17:00-a olan məlumata görə, seçkilərdə 14 264 994 seçici və ya 71,52% səs verib. Bunu mətbuat mərkəzində keçirdiyi brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Baxrom Kuçkarov deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR