Slimfit
  1. AZƏRBAYCAN

Özbəkistanda qalan Azərbaycan vətəndaşları onlarla bağlı xüsusi komissiya və fond yaradılmasından razılıq bildirirlər

Özbəkistanda qalan Azərbaycan vətəndaşları onlarla bağlı xüsusi komissiya və fond yaradılmasından razılıq bildirirlər
Sakura

Özbəkistanda qalan Azərbaycan vətəndaşları onlarla bağlı xüsusi komissiya və fond yaradılmasından razılıq…

“Biz 52 nəfər Azərbaycan vətəndaşı Özbəkistanın Qaşqadərya vilayətinin Karşi şəhərindəki qaz emalı zavodunda 6 aylıq müqavilə ilə işləyirdik. Ölkələrimiz koronavirus təhlükəsi ilə üzləşəndə işi dayandırıb Vətənə qayıtmaq haqqında qərar verdik. 52 nəfərdən 50-si bilet alıb Bakıya uçdu. Mən və iş yoldaşım Elman Şükürov işi təhvil vermək üçün Karşidə qaldıq. Bizim biletimiz martın 21-nə idi. Karşidən Daşkəndə gəldik. Həmin gün məlum oldu ki, Özbəkistan bütün xarici dövlətlərə uçuşları dayandırdığından Bakıya da reys olmayacaq”.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə müsahibəsində zavodda müqavilə ilə işləyənlərdən biri Alxas Əhmədov deyib. O deyib: “Əlacsız qaldığımızdan Azərbaycanın Özbəkistandakı səfirliyinə müraciət etdik. Səfir Hüseyn Quliyev göstəriş verdi, bizi mehmanxanaya yerləşdirdilər, dolanışığımız təmin olunub. İndi biz bütün Özbəkistan vətəndaşları kimi təcrid olunmuşuq. Ancaq zəruri ərzaq məhsulları almaq üçün yaxınlıqdakı bazara gedirik”. Alxas Əhmədov Özbəkistanda qalan Azərbaycan vətəndaşlarının problemlərinin həlli üçün xüsusi komissiya və fond yaradılmasından razılıq bildirib.

Elman Şükürov isə deyib: “Məndə olan məlumata görə, hazırda Özbəkistanda müvəqqəti və işlə bağlı gələn 160 Azərbaycan vətəndaşı var. Onların arasında qadınların, uşaqların olduğunu da bilirəm. Onu da bilirəm ki, səfirliyimiz Özbəkistanda qalan Azərbaycan vətəndaşlarının problemlərini həll etmək üçün xüsusi komissiya və fond yaradıb. Darda qalanlara əl uzatmaq, yardım etmək insanlıq nümunəsidir. Bununla belə, biz səbirsizliklə Azərbaycana qayıdacağımız günü gözləyirik”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR