Slimfit
  1. MARAQLI

Özbəkistan prezidentinin qızının həbsxana həyatı

Özbəkistan prezidentinin qızının həbsxana həyatı
Sakura

Özbəkistan prezidentinin qızının həbsxana həyatı

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın koloniyadakı yaşayış şəraiti normalara müvafiqdir, ona tibbi yardım lazım olan səviyyədə göstərilir.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Daşkənd vilayətinin Zangiat rayonunda yerləşən 21 saylı qadın koloniyasında olmuş Ədliyyə Nazirliyinin əməkdaşları belə qənaətə gəliblər.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, Kərimova koloniyaya 14 mart 2019-cu il tarixində daxil olub və ümumi rejimli 2 saylı sektorun 7 saylı dəstəsinə yerləşdirilib. O, pəncərə kənarında çarpayısının olmasını istəyib. Həmin yer başqa məhbus qadın tərəfindən tutulsa da, o, çarpayısını Kərimovaya güzəştə gedib.

Eks-prezidentin böyük qızı koloniyanın kitabxanasına abunə olub, iki dəfə - martda və iyunda məktub yollayıb. Öz qızından dörd dəfə bağlama və “peredaça”, həmçinin pul qəbul edib, həmin pulları koloniyanın mağazasında xərcləyib. Ədliyyə Nazirliyinin əməkdaşlarının ziyarəti vaxtı onun hesabında hələ pul vəsaiti qalırmış.

Aprelin 12-dən 15-dək Kərimova ailə üzvləri ilə uzunmüddətli görüşdə olub. Buna bir neçə gün qalmış iki dəfə qısamüddətli görüşlərdən yazılı şəkildə imtina edib. Aprelin 2-də və 17-də, həmçinin iyunun 17-də isveçrəli vəkili ilə görüşüb.

Ziyarətçilər Gülnarə Kərimovanın özü ilə görüşüblər. Söhbət əsnasında o, məhbus kimi hüquqlarının pozulmasından və məhdudlaşdırılmasından şikayətlənməyib və bu mövzuda danışmağa həvəssiz olduğunu nümayiş etdirib. Onun əsas iradları koloniyada olduğu müddətdə yaxınlaşdığı məhbusların başqa dəstələrə köçürülməsi və onun cinayət işinin istintaqında yol verilmiş qanunvericilik pozuntuları barədə olub.

Görüş vaxtı Kərimova xroniki xəstəlikləri üzündən yerləşdirildiyi sanitar hissədə olub. Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, bu xəstəliklər onda 2017-ci ilin dekabr ayında Səhiyyə Nazirliyinin Baş bürosu tərəfindən aparılmış komissiya məhkəmə-tibbi ekspertizası zamanı aşkarlanıb. Ədliyyə Nazirliyinin əməkdaşları iddia edirlər ki, Kərimova koloniyaya daxil olduqdan sonra ona dəfələrlə ixtisaslaşdırılmış tibbi yardım göstərilib.

Gülnarə Kərimovanın koloniyada sifariş etdiyi kitabların siyahısı

Onlar ombudsmanın bu məhbus üçün Səhiyyə Nazirliyinin təcrübəli mütəxəssislərinin, o cümlədən kardioloqun, ginekoloqun, stomatoloqun, infeksionistin, funksional diaqnostika həkimlərinin, endokrinoloqun, qastroenteroloqun, psixiatrın və digərlərinin iştirakı ilə məsləhətləşmələrin təşkil edildiyi barədə məlumatını təsdiqləyiblər. Kərimovanın özü ona göstərilən tibbi yardımın keyfiyyəti ilə əlaqədar heç bir irad bildirməyib, zahirən onun üzərində xəsarətlər aşkarlanmayıb.

Birinci Özbəkistan prezidentinin böyük qızı həm ölkədən xaricdə, həm də Özbəkistanın özündə pul tələb etmədə və pulların yuyulmasında şübhəli bilinərək, barəsində cinayət işləri qaldırılıb. Öz vətəinində onu birinci cinayət işi üzrə 5 il müddətinə azadlığının məhdudlaşdırılmasına, ikinci iş üzrə isə 10 il müddətinə həbs cəzasına məhkum ediblər, lakin sonradan bu cəza 5 illik azadlığın məhdudlaşdırılması ilə əvəzlənib. Kərimova “cəzasının çəkilməsi qayda və şərtlərini kobud şəkildə pozduğuna görə” koloniyaya köçürülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR