Slimfit
  1. MƏDƏNİYYƏT

Özbəkistan portalı “Azərbaycanda çay: qonaqpərvərliyin sinonimi və rəmzi” adlı məqalə yayıb

Özbəkistan portalı “Azərbaycanda çay: qonaqpərvərliyin sinonimi və rəmzi” adlı məqalə yayıb
Sakura

Özbəkistanın kultura.uz portalı “Azərbaycanda çay: qonaqpərvərliyin sinonimi və rəmzi” adlı məqalə yayıb

Özbəkistanın kultura.uz portalı “Azərbaycanda çay: qonaqpərvərliyin sinonimi və rəmzi” adlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə hələ XII əsrdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində Azərbaycanda çay içilmə mədəniyyətinin əks olunmasından bəhs edilir. Bildirilir ki, milli mədəniyyətin bir parçası olan çayiçmə mərasimi təkcə evlərdə yox, şəhər, kənd və qəsəbələrdəki səfalı yerlərdə də təşkil edilir. Azərbaycanda elə bir şəhər, qəsəbə, kənd yoxdur ki, orada çay evi olmasın. Çay evi təkcə çay içmək deyil, həm də söhbət etmək, xatirələri bölüşmək üçün bir məkandır.

Yazıda qeyd edilir ki, çay elçilik mərasimində də xüsusi yer tutur. Bu mərasimdə çay vasitəsilə elçilərə müəyyən informasiya verilir. Əgər elçilərin təklifi qəbul edilərsə, süfrəyə şirin çay gətirilir, əgər təklif qəbul olunmursa, çaya qənd atılmır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR