Dərc edildi: Baxış sayı: 586
Özbəkistan İslam Universiteti hicablı tələbələri universitetdən xaric edib
Maide.Az “moroccoworldnews”a istinadla xəbər verir ki, universitetdən çıxarılan tələbə Luiza Muminjonova bildirib ki, universitetin giriş qapısında qadınlar vahid geyimdə - qara ətək və ağ köynək geyinmələri yazılıb. Hicab isə taxa bilməzlər.
Bu qaydaların dini inancına zidd olduğunu bildirən L.Muminjonova qeyd edib ki, özündən başqa daha 9 tələbə universitetdən çıxarılmamışdan öncə xəbərdarlıq olunmuşdu ki, ya hicabınızı açmalısınız, ya da universitetdən çıxardılacaqsınız.
O deyib ki, İslam universitetinin Quran araşdırmalar fakültəsində təhsil alan tələbələr belə hicab taxtdıqlarına görə dərslərə buraxılmır və universitetdən xaric edilir.
“Bu qaydaya qarşı çıxdıqdan sonra, mənə dərslərdə iştirak etmək qadağan olundu və universitetdən xaric edildim. Ailəm bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə distansiyaları və Özbəkistan Ali Məhkəməsi Universitetin xeyrinə qərar qəbul edib. Universitetinin geyimlə bağlı qaydasını qanunsuz olmadığını təsdiqləyib”.
L.Muminjonova beynəlxalq məhkəməyə müraciət edəcəyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət