Dərc edildi: Baxış sayı: 444
Özbəkistan Ali Məclisi Senatının sədri ölkənin Baş prokuroru təyin olunub
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə Baş prokuror Otobek Murodov vəzifəsindən azad olunub.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Ali Məclisi Senatının sədri Niqmatulla Yuldaşev ölkənin Baş prokuroru təyin edilib.
Niqmatulla Yuldaşev uzun müddət prokurorluq orqanlarında çalışıb. O, müxtəlif vaxtlarda Özbəkistan Baş prokurorunun müavini, ədliyyə naziri olub. 2015-ci ildən Ali Məclis Senatının sədri seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət