Dərc edildi: Baxış sayı: 667
Ozan İbrahim - Deyərlər
Mənim yığvalıma talib olanlar,
Kövsər şərbətini içdi, deyərlər.
Baxdı bu dünyaya sərraf gözüylə,
Gövhəri axtardı, seçdi, deyərlər.
Xaqan köntöy baxar taxtdan aşağa,
Bilirik düşməndi bayquş işığa.
Bimürvət zamana neçə aşığa,
Yaxasız köynəklər biçdi, deyərlər.
Dövranım piyada, yolda yorular,
Yazar məlakələr, əməl sorular.
Haqq-hesab çəkilər, divan qurular,
Çoxları canmdan keçdi, deyərlər.
Yetişsin dadıma püşti pənahım,
Əfv etsin çoxdursa cürmi-günahım.
Çalışdı, vuruşdu Ozan İbrahim,
Dünyadan əliboş köçdü, deyərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət