Slimfit
  1. TEXNOLOGİYA

Öz sahibinin arxasınca gedən robot təqdim edilib

Öz sahibinin arxasınca gedən robot təqdim edilib
Sakura

Öz sahibinin arxasınca gedən robot təqdim edilib

İtaliyanın “Piaggio” şirkəti dünyada əfsanəvi “Vespa” motorollerləri ilə məşhurdur. “Piaggio Fast Forward” – bu, İtaliya şirkətinin 2015-ci ildə ABŞ-da təsis edilmiş bölməsidir. Hazırda bu bölmə sahibinin əşyalarını daşımaq üçün nəzərdə tutulmuş “Gita” robotunu sınaqdan keçirir.

ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Gita” (italyan dilindən tərcümədə "çıxış" və ya "səyahət" deməkdir) – bu, parlaq işıq diodu işıqlandırıcısına malik ikitəkərli sarı, qırmızı, yaşıl və ya boz rəngli robotdur. Robot çamadanın daxilində 33 litr tutumunda yer var. Robot 20 kq-dək yükü daşıya bilər.

“Gita” robotunda tətbiq edilmiş datçiklər ona sahibinin arxasınca getməyə  və başqa insanlarla toqquşmaların qarşısını almağa imkan verir. Bundan başqa, robot hərəkət marşrutlarını yaddaşda saxlaya bilir. “Gita” ona tanış marşrutlar üzrə sahibsiz hərəkət edə bilər.

Hazırda istehsalçı robotu sınaqdan keçirir, amma 2019-cu ilin əvvəlində “Gita” robotunun yüklərin daşınması üçün müxtəlif şirkət və müəssisələrə tədarükü planlaşdırılır.



Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR