Dərc edildi: Baxış sayı: 994
Oynaqları məhv edən, ürəyi zəiflədən xəstəlik...
Müasir dövrdə səhiyyənin qlobal problemlərindən biri də qan dövranı sistemi xəstəlikləri və onunla mübarizədir. Tibb elmində bu günə kimi 800-dən artıq qan dövranı sistemi xəstəliyi müəyyənləşdirilib. Bu siyahıda birinci yeri revmatizma xəstəliyi tutur.
Axşam.az xəbər verir ki, revmatizmanın uzun illər araşdırılmasına baxmayaraq, bu gün də xəstəliyin tam müalicəsi yoxdur. Tibb elmində revmatizma xəstəliyinin 200-dən artıq növü var. Revmatizma daha çox məktəbyaşlı uşaqlar və yeniyetmələr arasında təsadüf edilir. Körpə və qocalarda isə bu xəstəliyin başqa növlərinə rast gəlinir. Revmatizmanın ən çox yayılan növü oynaq formasıdır. Bu zaman oynaqlarda güclü ağrılar müşahidə olunur.
Revmatizma nədir?
Revmatizma infeksion-allergik mənşəli xəstəlikdir. Qan dövranı sistemi xəstəlikləri arasında ən geniş yayılanıdır. Revmatizmanin yaranmasına səbəb A qrupundan olan «Beta» hemolitik streptokok virusudur. Streptokok infeksiyası isə əsasən, «farengit angina» və «skarlatina»dan sonra əmələ gəlir. Streptokok virusu orqanizmə düşdükdən 7 gün sonra özünü büruzə verir. Bu zaman xəstənin hərarəti 38-39 dərəcəyə qədər yüksəlir. Ümumi zəiflik, tərləmə, bəzən isə burunda qanaxmalar müşahidə edilir.
Xəstə qidadan imtina edir
Revmatizma zamanı xəstə qidadan imtina edir və güclü başağrılarından şikayətlənir. Bir müddət sonra isə oynaqların zədələnməsinin əlamətləri ortaya çıxır. Revmatizma orqanizmin immunitetini pozur və nəticədə birləşdirici toxumalarda ciddi dəyişikliklər ortaya çıxır. Revmotik proses zamanı toxumalarda dəyişikliklər 4 fazada baş verir. Birinci fazadakı dəyişikliklər yüngül olur və tez müalicə olunur. İkinci fazada əsasən, birləşdirici toxuma liflərində kobud destruktiv dəyişikliklər olur. Bu, əsasən dönməz proses sayılır. Üçüncü fazada oynaqlar yavaş-yavaş zədələnir. Damarların ətrafındakı hüceyrə yığıntıları artmağa başlayır. Sonuncu dördüncü fazada isə çapıq toxuması əmələ gəlir. Dördüncü faza daha şiddətli ağrıların əmələ gəlməsi ilə müşahidə edilir. Bu zaman hər ağrı artdıqca ayaqdakı çapıqlar daha da böyüməyə başlayır. Revmatizmanın bu növünü isə eyni səviyyədə saxlamaq üçün uzun müddət intensiv müalicələr aparılır.
Revmatizmanın ilkin əlamətləri
· Bir az gəzdikdən sonra yorğunluq hiss etmək;
· Bel, qol və ayaqlarda tez-tez sızıltılı ağrılar;
· Bədən hərəkətlərində çətinliklər;
· Səhər yataqdan qalxarkən əziyyət çəkmək;
Müalicəsi…
Xəstəlik 2 mərhələdə müalicə olunur. Birinci hissədə əsasən, ocaqların xaric olunmasına qarşı müalicə aparılır. İkinci mərhələdə isə antibiotiklərdən istifadə edilir. Revmatizmaya qarşı müalicə 5 il müddətində davam edir. Müalicə zamanı immuniteti yüksəldən preparatlardan çox istifadə olunur. Müalicə ilə tamamilə bu xəstəliyi aradan qaldırmaq mümkün deyil. Revmatizma daim davam edən bir xəstəlikdr. Müalicə vasitəsilə xəstəliyin sadəcə, qarşısını almaq, ağrıları azaltmaq mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət