Slimfit
  1. AZƏRBAYCAN

Övladlığagötürmə ilə bağlı sistemin işə düşməsinin yubanma səbəbi məlum oldu

Övladlığagötürmə ilə bağlı sistemin işə düşməsinin yubanma səbəbi məlum oldu
Sakura

Övladlığagötürmə ilə bağlı sistemin işə düşməsinin yubanma səbəbi məlum oldu

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə ilə bağlı alt sistemin işə düşməsinin gecikməsi məsələsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sistemin test rejimində istifadəsinin yoxlanılması prosesi yekunlaşıb:

“Bir neçə qanunvericilik aktı var ki, onların təsdiqi gözlənilir. Hazırda DOST mərkəzləri tərəfindən təcili müraciətlərin kağız üzərində qəbulu aparılır. Yaxın günlərdə gözləntimiz odur ki, normativ hüquqi aktlar yekun şəkildə qəbul edildikdən sonra övladlığagötürmə alt sistemində müraciət bölməsi hazır olacaq. Bununla da müxtəlif orqanların bazasına inteqrasiyası davam edəcək”.

Nazir qeyd edib ki, elektron alt sistem mərhələli şəkildə ilin sonuna qədər tam şəkildə istifadəyə veriləcək.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR