Dərc edildi: Baxış sayı: 659
Övladlığa uşaq götürmək baha başa gəldi
Rusiyanın Samara vilayətində övladlığa uşaq götürmək cütlüyə baha başa gəlib.
Tvsamara.ru-nun xəbərinə görə, övladlığa uşaq götürmək üçün siyahıda 300-cü yerdə olan cütlük sosial xidmətlərdən onlara iki bacının övladlığa götürülməsi ilə bağlı gələn təklifə çox seviniblər.
Sənədlər imzalanan zaman məlum olub ki, qızların anasının iki milyon rubl (55 min AZN) ipoteka borcu olub.
Yeni valideynlər borcu ödəmək məcburiyyətindədirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət