Slimfit
  1. CƏMİYYƏT

Övladlığa götürülənlərin təhsil haqqını dövlət ödəyəcək

Övladlığa götürülənlərin təhsil haqqını dövlət ödəyəcək
Sakura

Övladlığa götürülənlərin təhsil haqqını dövlət ödəyəcək

Azərbaycanda övladlığa götürülən uşaqların təhsil haqqının dövlət tərəfindən ödənilməsi təklif edilir.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Layihə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlanıb.

Sənəd valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR