Slimfit
  1. CƏMİYYƏT

Övladını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Övladını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidir? - RƏSMİ AÇIQLAMA
Sakura

Övladını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

“Virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlərin mənafeləri nəzərə alınıb”. 

Ens.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib. 

Onun sözlərinə görə, belə valideynlər məktəb rəhbərliyinə yaxınlaşaraq xüsusi iltizam formasına qol çəkməlidirlər: “Bu, məlumatlandırma və öhdəliklər haqqında xüsusi formadır. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir. Valideyn bu öhdəliklərə qol çəkməklə övladının əyani dərslərdə iştirakından imtina edə bilər. Öhdəliklərə əməl edilməsə, bu cür şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR