Dərc edildi: Baxış sayı: 5424
ÖTÜRÜCÜ QUTU (SÜRƏT QUTUSU) HAQQINDA
Ötürücü qutu, həmişə indi olduğu kimi olmayıb. Onun inkişafının da öz tarixi var. Avtomobil üzrə mütəxəssislər mühərrikin iştirakı olmadan dövri anı dəyişə biləcək hər hansısa aralıq mexanizminin(onun imkanları məhdud diapazonla məhdudlaşdırılıb) lazım olduğunu başa düşdükdə ona olan ehtiyac kəskin qalxdı. İstənilən bir sürücülük təlimçisi, əvvəl mexaniki qutuların, sonra isə avtomatik qutuların yaradıldığını anlayır. Amma hər şey nədən başladı?
Mexaniki ötürücü qutunun ixtiraçısı, məhşur alman mühəndisi Karl Bentz hesab olunur. 1887-ci ildə onun həyat yoldaşı Berta, oğulları ilə gizli şəkildə dünyanın ilk avtomobilində 80 km məsafə qət edərək anasını ziyarət etmək üçün yola düşdü. Avtomobil konstruksiyasının qeyri-kafiliyi səbəbindən səyahət çox çətin oldu. Çətinlik, yalnız dəri kəmərlərdən hazırlanan əyləc mexanizmlərinin tez dağılmasından ibarət olmadı və həmin dövrdə yanacaq rolunu oynayan adi ləkəaparan - liqroin adlanan vasitə xarab oldu. Bu avtomobilin mühərriki o qədər zəif idi (onun gücü 0,8 at gücünə bərabər idi) ki, o dağın altından gedə bilmədi və onu itələməyə məcbur oldular. Məhz bu səfərdən sonra Bentz avtomobilə köməkçi ötürmə quraraq yaxşılaşdırmağa qərar verdi.
İlk mexaniki ötürücü qutu çox sadə cihaz idi. O aparıcı oxa quraşdırılmış müxtəlif diametrli iki şkivdən ibarət idi. Mühərrik valı ilə onu kəmər birləşdirirdi. Zamanla, dəri kəmərlər onların dözümsüzlüklərinə görə zəncirlə, skivlər isə ulduzlarla əvəz edildi. Bənzər mexanizm hələ də velosipedlərdə uğurla istifadə olunur. Daha sonra, mexanizmlərin dəyişdirilməsi prosesini qismən avtomatlaşdırmağa imkan verən sinxronlaşdırıcılar ortaya çıxdı.
Ancaq avtomatik ötürmə qutusu ilk dəfə 1928-ci ildə meydana gəldi, bu haqda çox az adam bilir. Bu avtomexanikanın da müəllifi, yenə alman - professor Fettinqer oldu. 1903-cü ildə ilk hidrotransfarmatoru patentləşdirdi, hansı ki, onun işində muftanın rolunu dəyişərək daha sonra dünyanın ilk avtomatik ötürücüsünün mexanizminin inkişafının əsası oldu. Onları ilk dəfə ictimai nəqliyyatda - İsveç istehsalı olan avtobuslarda ilk dəfə olaraq istifadə etməyə başladılar. Avtomatik ötürücü qutulu ilk minik avtomobili 1947-ci ildə Buick oldu.
Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət