Slimfit
  1. AZƏRBAYCAN

Ötən il Naxçıvan 483 mln. dollarlıq xarici ticarət həyata keçirib

Ötən il Naxçıvan 483 mln. dollarlıq xarici ticarət həyata keçirib
Sakura

Ötən il Naxçıvan 483 mln. dollarlıq xarici ticarət həyata keçirib

2018-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 483 mln. 431 min 600 ABŞ dolları təşkil edib.

Report”un Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, bu, 2017-ci ilin nəticələri ilə müqayisədə 23 mln. 542 min 800 dollar və ya 5,12% çoxdur.

Xarici ticarət dövriyyəsinin 424 mln. 266 min 600 dollarını ixrac təşkil edib ki, bu da 2017-ci ilin nəticələri ilə müqayisədə 946 min 600 dollar və ya 0,22% çoxdur.

Ötən il ərzində muxtar respublikanın xarici ticarətində 59 mln. 165 min dollarını idxal təşkil edib ki, bu da 2017-ci ilin nəticələrinə əsasən 22 mln. 596 min 200 dollar və ya 61,8% artıb.

Ötən il ərzində muxtar respublikada 365 mln. 101 min 600 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da daha əvvəlki ilin nəticələri ilə müqayisədə 21 mln. 649 min 600 dollar və ya 5,6% azalma qeydə alınıb.

Xatırladaq ki, 2017-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 459 mln. 888 min 800 dollar olub. Daha əvvəlki ildə xarici ticarət dövriyyəsinin 423 mln. 320 min dollarını ixrac, 36 mln. 568 min 800 dollarını idxal təşkil edib. 2017-ci ildə muxtar respublikada 386 mln. 751 min 200 dollar məbləğində müsbət saldo yaranıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR