Slimfit
  1. AZƏRBAYCAN

Ötən il müasir Azərbaycan incəsənətinin təbliği baxımından uğurlu olub

Ötən il müasir Azərbaycan incəsənətinin təbliği baxımından uğurlu olub
Sakura

Ötən il müasir Azərbaycan incəsənətinin təbliği baxımından uğurlu olub

Ötən il ərzində Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə musiqi, teatr və təsviri sənət sahələrinin inkişafı, təbliği və milli incəsənətimizin dünyada tanıdılması naminə müxtəlif beynəlxalq və respublika əhəmiyyətli tədbirlər, sərgilər, festivallar, mədəniyyət günləri keçirilib.

AZƏRTAC xəbər verir ki, görülən tədbirlər, həyata keçirilən layihələr müasir Azərbaycan incəsənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Belə ki, ötən ilin fevralın 5-dən 9-dək Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş İslam ölkələrinin Mədəniyyət festivalında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, 20-ə yaxın İslam ölkəsinin folklor musiqi kollektivi çıxış edib.

2019-cu il martın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dünya şöhrətli pianoçu, professor Bella Davidoviçin anadan olmasının 90 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirin solisti Bella Davidoviçin istedadlı tələbələrindən biri, tanınmış amerikalı pianoçu Culiya Zilberkvit olub.

Aprelin 5-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə opera müğənnisi, İtaliyada yaradıcılıq fəaliyyətini davam etdirən həmyerlimiz Azər Rzazadənin konserti keçirilib.

Aprelin 11-i və 12-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycandakı səfirliyi və “Kreml baleti” teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi də yaddaqalan olub. Tamaşa Fransanın məşhur “Mezzo” telekanalı tərəfindən lentə alınaraq nümayiş etdirilib.

Tahir Salahovun dəvətinə əsasən dünya şöhrətli baletmeyster, görkəmli pedaqoq, professor Azari Plisetki aprelin 7-dən 13-dək Bakıya səfər edib. Səfər çərçivəsində baletmeyster Nizami Kino Mərkəzində “Plisetskilər və Messererlər” nəsli haqqında kitabın və sənədli filmin təqdimatında, habelə Heydər Əliyev Sarayında “Kreml baleti” teatrının ifasında F.Əmirovun “Min bir gecə” baletinin nümayişində rəsmi qonaq qismində iştirak edib.

Keçən ilin aprelin 16-dan 23-dək Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü və Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin dəstəyi ilə “Oş-2019 türk dünyasının mədəniyyət paytaxtı” adlı açılışı olub. Tədbirə qatılan Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 13 nəfərdən ibarət qrupu ölkəmizi layiqincə təmsil edib.

Aprelin 22-dən 27-də Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilib.

Mayın 12-də Monte-Karlo Opera Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert təşkil olunub. Konsertdə Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu altında Monte-Karlo Filarmonik Orkestrinin müşayiəti ilə Xalq artisti Alim Qasımov və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış ediblər. Tədbir “Mezzo” telekanalı tərəfindən lentə alınaraq nümayiş olunub.

Mayın 10-13-də Sankt-Peterburq şəhərində TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə türk xalqlarının musiqisindən ibarət konsertlər verilib. Tədbirlərdə Xalq artisti, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru Ağaverdi Paşayev və Əməkdar artist, tarzən Sahib Paşazadə iştirak etmişlər.

Mayın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Həmçinin mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi baş tutub.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-30-də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı silsilə tədbirlərlə yadda qalıb.

Bu ilki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə 40-a yaxın tədbir təşkil olunub.

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalının proqramı ilk dəfə olaraq Fransanın məşhur “Mezzo” televiziya kanalında yayımlanıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə oktyabrın 11-də Heydər Əliyev Sarayında dünya şöhrətli “Beryozka” Akademik Rəqs Ansamblının, oktyabrın 13-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər təqdim olunub.

Oktyabr 21-26-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Moskva forumu” XVI Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib. Festivalda Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, tanınmış tar ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı Sahib Paşazadə görkəmli bəstəkar, Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri ilə çıxış edib.

Ötən il həmçinin ölkə başçısının müvafiq sərəncamları ilə Seyid Şuşinskinin 130, Soltan Hacıbəyov, Hacıbaba Hüseynov və Əminə Dilbazinin 100 illikləri qeyd edilib. Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən, mayın 29-da Beynəlxalq Muğam Mərkəzində Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş “Şuşanın muğam incisi” adlı yubiley gecəsi təşkil olunub. Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Hacıbaba Hüseynova həsr olunmuş yekun tədbir isə oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub. Həmçinin tədbirlər planına uyğun olaraq cari ilin dekabrın 16-da Heydər Əliyev Sarayında Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Hesabat dövründə oktyabrın 29-da Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert keçirilib. Tədbirdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin 15 nəfərlik heyəti və solist Fəridə Məmmədova çıxış ediblər. Layihənin bədii rəhbəri Xalq artisti, professor Fərəc Qarayevdir.

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Xalq artisti Fərəc Qarayevin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Akademik Filarmoniyasında pianoçu Olqa Domnina (Rusiya) və skripka ifaçısı Maykl Qutmanın (Belçika) iştirakı ilə musiqi gecələri keçirilib.

Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR