Ötən il Fransada 36 min şəxs kirayə haqqını ödəyə bilməməsi səbəbindən mənzilindən qovulub
Fransada mənzilindən qovulan vətəndaşların sayı kəskin artıb.
"Report"un Fransa bürosu xəbər verir ki, ölkənin "Abbe Pierre" fondundan jurnalistlərə bildiriblər ki, 2018-ci ildə ölkədə 36 min şəxs kirayə haqqını ödəyə bilməməsi səbəbindən mənzilindən zorla çıxarılıb.
Onlardan 15 min 993 nəfəri evlərindən polisin müdaxiləsi ilə qovulur və bu da əvvəlki ilə nisbətən 2,9% çoxdur.
Fonddan verilən məlumata görə, ölkədə mənzilini məcburi şəkildə tərk edənlərin sayı bundan iki, yaxud üç dəfə daha artıqdır. Lakin çox zaman ailələri polisin müdaxiləsini gözləmədən mənzillərini könüllü surətdə tərk etməyə məcbur edirlər.
"Abbe Pierre" fondu qış fəslinin yaxınlaşması səbəbindən həmin insanların taleyi ilə bağlı öz narahatlığını bildirib, hökuməti təcili tədbirlər görməyə çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət