Slimfit
  1. AZƏRBAYCAN

Ötən ay anomal istilərə görə kondisionerlərə tələbat da yüksək olub, qiymət də - Bu ay durum dəyişdi...

Ötən ay anomal istilərə görə kondisionerlərə tələbat da yüksək olub, qiymət də - Bu ay durum dəyişdi...
Sakura

Bakıda kondisionerlərin qiyməti ucuzlaşmağa başlayıb

Bakıda kondisionerlərin qiyməti ucuzlaşmağa başlayıb. Bu barədə Trend-ə bu sahədə fəaliyyət göstərən şirkətdən bildirilib.

Qeyd olunub ki, iyul ayında havaların çox isti keçməsi ilə əlaqədar kondisionerlərə tələbatın artması müşahidə olunub və bu da öz növbəsində qiymət artımına gətirib çıxarıb. Şirkət nümayəndəsi həmin müddətdə kondisionerlərin orta qiymətinin 30 faizdən çox artmasını qeyd edib: "Lakin son həftələr havaların anomal istilərdən sonra bir qədər mülayimləşməsi qiymətlərə təsirini göstərib. Hazırda kondisionerlərin orta qiymətində təqribən 20 faizə qədər azalma müşahidə olunur".

 

Şirkətdən onu da qeyd ediblər ki, bundan sonra kondisionerlərin qiymətinin artma ehtimalı azdır, əksinə qiymətlər bir az da düşə bilər, çünki artıq yay mövsümü bitməyə yaxınlaşır və havalar sərinləşməyə doğru gedir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR