Dərc edildi: Baxış sayı: 447
Oteldə zəhərlənmə qidadan deyil - Rəsmi
Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb. Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət