Oskar film mükafatına aid nominasiyadan birinin adı dəyişdirilib
Oskar film mükafatının növbəti 92-ci təqdimatı 2020-cı il fevralın 9-da Los-Anceles şəhərinin “Dolby Theatre” teatrında keçiriləcək.
“Report” ABŞ Kino Akademiyasına istinadən xəbər verir ki, akademiyanın kollegiyası tərəfindən açıqlanan bəzi qayda dəyişikliklərinə görə, “xarici dildə film” (Foreign Language Film) kateqoriyasının adı bundan sonra “beynəlxalq bədii film” (İnternational Feature Film) adlandırılacaq.
Beynəlxalq Bədii Film Komitəsinin həmsədrləri Larri Karaçevski və Dian Veyerman bunu “xarici” sözünün beynəlxalq kino xadimləri ictimaiyyəti tərəfindən artıq işlənməməsi, yeni adın kateqoriyanın mənasını daha dolğun ifadə etməsi ilə əsaslandırıblar.
Həmçinin həmin nominasiyadakı qısa siyahının 10 filmədək artırıldığı, “Qrim və saç düzümü” nominasiyasında isə 7-dən 10-a çatdırıldığı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət