Dərc edildi: Baxış sayı: 261
Orxan Əfəndiyev vəzifəsindən AZAD EDİLDİ
"Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) İdarə Heyətinin (İH) sədri Orxan Əfəndiyev vəzifəsindən azad edilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,onun yerinə hələ ki təyinat olmayıb.
O.Əfəndiyev 2019-cu ilin avqust ayından sözügedən vəzifədə idi.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i "Anadolu İnvestment Company" MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət