Slimfit
  1. DÜNYA

Orxan Camalın qatillərinin adı açıqlandı – Erməni də varmış

Orxan Camalın qatillərinin adı açıqlandı – Erməni də varmış
Sakura

Orxan Camalın qatillərinin adı açıqlandı – Erməni də varmış

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında Orxan Camal və daha iki rusiyalı jurnalisti qətlə yetirən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 10 muzdlusunun adını müəyyən edib.

Axar.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi saytında yayılan məlumatda “Vaqner” döyüşçülərinin Mərkəzi Afrika Respublikasına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən cari ilin əvvəlində göndərildiyi qeyd olunub. Muzdlu döyüşçülər “M-Finans” şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Afrikaya onlar rusiyalı biznesmen Yevgeni Priqojinin təyyarəsi ilə çatdırılıblar.

Bura göndərilən döyüşçülər yerli hərbi dəstələrə təlim keçib, həmçinin bölgədəki qiymətli daşların Rusiyaya məxfi tədarükünü təmin ediblər. Ümumilikdə MAR-a “M-Finans” şirkətinin tərkibində 37 nəfər göndərilib. Bunlardan 10-nun adı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib. Bu şəxslərin Ukraynanın şərqi və Suriyadakı döyüşlərdə iştirak etdiyi vurğulanıb.

Ukrayna Təhlükəsizlik Xidməti müəyyən etdiyi və Orxan Camalın öldürüldüyü gün MAR-da olan 10 şəxsin siyahısını tirajlayıb:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR