Slimfit
  1. TARİX

Orta əsrdə Tatar türkcəsi Rusiyada rəsmi yazışma dili olub

Orta əsrdə Tatar türkcəsi Rusiyada rəsmi yazışma dili olub
Sakura

Orta əsrdə Tatar türkcəsi Rusiyada rəsmi yazışma dili olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tatar türkcəsi Orta Asiya və digər bir çox ölkənin Rusiya səfirlik və nümayəndəliklərində istifadə olunan önəmli ünsiyyət dili idi.

İindiki İrankimi tanınan ərazidən Hindistana qədər bir çox şərq dövlətləri ilə rəsmi yazışmalar Tatar türkcəsi ilə aparılırdı. 17-inci əsrdə Tatar türkcəsi, müasir dövrümüzdəki ingilis dili qədər, orta əsrdə Avropadakı  Latın dilləri qədər beynəlxalq dil sayılırdı. Kazan Dövlət Universitetinin proffessoru, tarixçi alim Iskəndər Gilyazov yazırki; son vaxtlar təzyiq altına alınan, məktəblərdə qadağan edilən   Tatar türkcəsi, 17-ci əsrdə Rus dövlətinin rəsmi diplomatik dili olmuşdur. Böyük Türkcü fikir   ustadı Ə. Hüseynzadə “Türk Dilinin Vəzifəsi və Ədəbiyyəsi” əsərində yazır ki, Dünya üzrə Türk dilindən daha yayqın dil yoxdur və bu gün bu dilin sərhədləri; Mancuriyadan və Sibirin     Uzaq Şərqindən axan Lena çayı sahilindən başlayıb Altay, Karakurum, Pamir, HindKuş, Qafqaz, Krım, Balkanların sonuna qədər genişlənməkdə, Ural Dağlarından Afrikanın   Böyük Səhrasına qədər uzanmaqdadır. Yəni bütün əhatə dairəsi yüksək olan bir dildir.

Bu səbəbə görə Rus hökuməti rəsmi olaraq xarici diplomatiyada Tatar dilindən istifadə   edirdi. Gilyazov yazır ki; bir zamanlar Tatar Dili beynəlxalq bir dil idi Rus Dövləti Şərqin   bütün dövlətləri ilə diplomatik əlaqədə istifadə olunan yeganə dil Tatar dili idi. Rusiyanın   saysız səfirliklərində istifadə olunan tək dil idi Tatar Dili. Misal üçün o dövrün Rus Çarı Aleksey, Hindistan, Iran, Orta Asiya və bir çox ölkələrlə diplomatik təmaslarını Tatar dili üzərində qurmuşdu. bu gün bu həqiqətlərdən təəssüf ki, bir çox insanlarımız   xəbərsizdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR