Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı

Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı
Sakura

Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı

Çində tüğyan edən koronavirus epidemiyası göstərir ki, viruslar bəşəriyyət üçün daim təhlükə yaradır. Onların bəzilərinə qarşı müntəzəm olaraq vaksinlər hazırlana bilir. Lakin bu proses çox vaxt aparır və hər kəsə kömək etmir, eləcə də yeni viruslara qarşı müdafiə etmir.

Massaçusets Ümumi Profilli Xəstəxanasının (ABŞ) alimləri Almaniyanın Heydelberq Xərçəng Araşdırma Mərkəzindən olan həmkarları ilə birlikdə apardıqları tədqiqatlar nəticəsində əksər virusların zəif tərəfini müəyyən edə biliblər.

“Cell Reports” jurnalında yerləşdirilən press-relizə əsasən, bu, “Argonaute” qrupuna daxil olan  AGO4 zülalıdır.

Alimlər siçanlar üzərində “Argonaute” zülalının virusəleyhinə təsirini öyrənən zaman aydın olub ki, tərkibində AGO4 zülalı az olan hüceyrələr qrip də daxil olmaqla, müxtəlif virus infeksiyalarına qarşı hiperhəssasdırlar. Bir sözlə, AGO4 zülalının miqdarının az olmağı məməlilərin hüceyrələrinin  virusa yoluxma ehtimalını artırıb.

Beləliklə, tədqiqatçılar nəticəyə gəliblər ki, bu zülalın miqdarının artırılması immun sistemini bərkitməyə kömək və əksər viruslardan müdafiə edə bilər .

Press-relizə əsasən, tədqiqatlar hələ davam etdirilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR