Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Orqanizmdə asan həzm edilən kalsium mənbəyi - Yumurta qabığı

Orqanizmdə asan həzm edilən kalsium mənbəyi - Yumurta qabığı
Sakura

Orqanizmdə asan həzm edilən kalsium mənbəyi - Yumurta qabığı

Yumurta qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium mənbəyidir. Maddələr mübadiləsinin ən geniş yayılmış problemlərindən biri əsasən sümükləri kövrəldən kalsium çatışmazlığıdır.

Medicina.az məlumatına görə, adi toyuq yumurtası qabığında olan kalsium orqanizmdə ən müasir preparatlarda olandan daha asan mənimsənilir.

Yumurtanın tərkibində 27 faydalı element var. Bir ədəd yumurta qabığından təxminən 1 çay qaşığı toz əldə etmək mümkündür. Həmin tozun yeməyə qarışdırılıb qəbul edilməsi çox faydalıdır. Yumurta qabığı dəriyə sığallı görkəm verir və şəffaflıq bəxş edir, dırnaq və saçları möhkəmləndirir, diş əti qanamalarını azaldır, yuxusuzluğun qarşısını alır.

Yumurta qabığı əziləndən sonra yumurta ilə qarışdırılaraq üzə çəkilir, quruyandan sonra ilıq su ilə yuyulur. Çaydan ərp bağlayarkən və qazanın dibini yağ tutarkən təmizlik vasitəsi kimi də ondan istifadə etmək olar. Yumurta qabıqları bir parça torbaya qoyulur və ağ paltarlar yuyularkən onun paltaryuyan maşına atılması ağ paltarları bəmbəyaz edir.

Hətta dibçək bitkilərinin dibinə tökdükdə onları qurumağa qoymur. Yumurta tozu gübrə kimi bitkilərin dibinə töküləndə ziyanvericiləri məhv edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, kalsiumun çox qəbul edilməsi əzələ tutulmasına səbəb olur, təzyiqi qaldırır, ürək döyüntülərini artırır. Zülalla zəngin yumurta qabığının çoxlu faydası olduğu kimi zərərli xüsusiyyətləri də var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR