Dərc edildi: Baxış sayı: 332
Ordumuzun mövqeləri intensiv atəşə tutulur: Hərbçilərimiz cavab tədbirləri görürlər
İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət