Slimfit
  1. DÜNYA

Orbanın partiyası Putinin həbsi ilə bağlı qətnaməni dəstəkləməyib

Orbanın partiyası Putinin həbsi ilə bağlı qətnaməni dəstəkləməyib
Sakura

Orbanın partiyası Putinin həbsi ilə bağlı qətnaməni dəstəkləməyib

Macarıstanın “Fides” partiyası Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order əsasında həbs edilməsinə dair qətnaməni dəstəkləməyib.

“Report” xəbər verir ki, bu barədə “Demokratik koalisiya” partiyasının sədr müavini Aqnes Vadai brifinqdə açıqlayıb.

Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib, lakin onu milli qanunvericiliyə tətbiq etməyib.

“Demokratik koalisiya”da hesab edirlər ki, ölkənin hazırkı Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinə xidmət edir və heç bir halda onun Macarıstanda həbs olunmasına imkan verməyəcək.

“Orbanı Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların taleyi yox, Putin və qazanc maraqlandırır. Bu səbəbdən “Fides” sülhdən danışsa da, parlamentin xarici əlaqələr komitəsində qətnaməni qəbul etməyib”, - Vadai diqqətə çatdırıb.

Xatırladaq ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.

Martın 23-də rəsmi Budapeşt BCM-nin qərarına reaksiya verərək Rusiya Prezidentin Macarıstanda həbs olunmayacağını açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR