Slimfit
  1. DÜNYA

Orban: Ukraynada ilk addım sülh planı deyil, atəşkəs olmalıdır

Orban: Ukraynada ilk addım sülh planı deyil, atəşkəs olmalıdır
Sakura

Orban: Ukraynada ilk addım sülh planı deyil, atəşkəs olmalıdır

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı üzrə razılaşma deyil, atəşkəs olmalıdır.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  Orban bu fikri İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda çıxışı zamanı səsləndirib. “Hər iki tərəf üçün məqbul olan və qəbul edilən sülh planını gözləsək, heç vaxt sülh olmayacaq. İlk addım sülh planı deyil, atəşkəsdir”, - deyə o bildirib.

Viktor Orbanın fikrincə, Ukrayna böhranı bütün dünyanın, o cümlədən Avropanın hər iki tərəfi sülhə doğru irəliləməyə sövq edəcəyi beynəlxalq kontekstə ehtiyac duyur. “Bu beynəlxalq kontekst olmadan hər iki tərəfi inandırmaq çox çətin olacaq. Ona görə də sülh ideyasını dəstəkləyən dostlara ehtiyac var”, - deyə Macarıstan lideri vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR