Slimfit
  1. CƏMİYYƏT

Oqtay Şirəliyev ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyasında çıxış edib

Oqtay Şirəliyev ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyasında çıxış edib
Sakura

Oqtay Şirəliyev ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyasında çıxış edib

Bu gün ÜST-ün Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb.

Tədbirdə Azərbaycanı Səhiyyə naziri cənab Oqtay Şirəliyev təmsil edir və ölkənin COVID-19-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.

Təşkilatın ölkə ofisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan höküməti ilə COVID-19 və səhiyyə ilə bağlı digər mühüm məsələlərdə əməkdaşlıq etməkdən qürur duyur.

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Komitəsi bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır. Bu Komitədə qəbul olunan qərarlar və siyasətlər, ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.

Komitə15 sentyabr 16:00-da işini yekunlaşdıracaq.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR