Oqtay Şirəliyev: “Çin çox ciddi rejimlə koronavirusun qarşısını ala bildi”
“Koronavirus Çində yayılsa da, İtaliyada koronavirusdan ölənlərin sayı daha çoxdur”.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.
Onun sözlərinə görə, bir milyarddan çox əhalisi olan Çin çox ciddi rejimlə bunun qarşısını ala bildi:
“Bu gün İtaliyada yol verilən məsuliyyətsizliklər virusun geniş yayılmasına səbəb oldu. Bir milyard yarıma yaxın əhalisi olan Çində koronavirusdan ölənlərin sayı üç minə yaxındır. Lakin 60 milyon əhalisi olan İtaliyada isə virusdan ölənlərin sayı Çində qeydə alınan rəqəmlərdən iki dəfə çoxdur. İtaliyada mövcud vəziyyətə məsuliyyətsiz yanaşıldığı üçün, onlar daha çox itki verdi”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət