Slimfit
  1. AZƏRBAYCAN

Oqtay Gülalıyevin səhhətində müsbət dinamika var

Oqtay Gülalıyevin səhhətində müsbət dinamika var
Sakura

Oqtay Gülalıyevin səhhətində müsbət dinamika var

"Atam Oqtay Gülalıyevin səhhətində müsbət dinamika davam edir".

Modern.az xəbər verir ki, bunu hazırda Türkiyədəki "American hastanesi"ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.T.Gülalıyev qeyd edib ki, sonuncu əməliyyatından sonra xəstənin oyanıqlığı artıb:

"Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir".

"İrəlləyişlərin göstəricisinə əsasən xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa, kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir",- deyə oğlu bildirib.Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da, Bakıda piyada keçidinin üzərində 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından Heydər Əliyev Fondunun dəstəyi ilə ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR