Slimfit
  1. AZƏRBAYCAN

Oqtay Gülalıyev əməliyyat olundu

Oqtay Gülalıyev əməliyyat olundu
Sakura

Oqtay Gülalıyev əməliyyat olundu

Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün əməliyyat olunub. 

Oxu.Az xəbər verir ki, Gülalıyevin əməliyyatı üç saat davam edib.  

Bu barədə məlumatı hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev yayıb. Gülalıyevin həkimi Mehdi Sasaninin bildirdiyinə görə, əməliyyat uğurlu keçib.  

Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir. 

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.  

Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir. Bugünkü əməliyyat da məhz fondun dəstəyi ilə baş tutub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR